• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhəçi niyə tutulub?

  • 27 İyul 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları iyulun 26-da AXCP funksioneri Elxan Əliyevi tutub. Rəsmi iddiaya görə, cəbhəçi saxlanan daha iki nəfərlə birgə külli miqdarda ziyan vurmaqla dələduzluq, hüquq verən rəsmi sənədi saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmədə şübhəli bilinir. Onların Nardaran qəsəbəsində bir nəfərə saxta sənədlə 57000 min manata torpaq sahəsi satdığı vurğulanır.

İyulun 27-də Sabunçu Rayon Məhkəməsi Elxan Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Partiyadaşları ittihamları qurama sayır, tutulmanı Elxan Əliyevin siyasi fəaliyyəti ilə bağlayır.

Hazırda AXCP-nin 6 üzvü azadlıqdan məhrumetmə cəzası çəkir.

Novator.az bildirir ki, 2020-ci ildə tutulan Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda təqsirli bilinib.

2021-ci ildə tutulan Aqil Hümmətov ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunaraq 10 il azadlıqdan məhrumetmə cəzası alıb.

2021-ci ildə tutulan Mütəllim Orucov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

2021-ci ildə tutulan Şahin Hacıyev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.

2022-ci ildə tutulan Pünhan Kərimov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum olunub.

2023-cü ildə tutulan Zamin Salayevə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. O, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinib.

Daha bir cəbhəçi cinayət ittihamı ilə həbsdədir. 2022-ci ildə tutulan Razi Alışova narkotik vasitə satmaq ittihamı irəli sürülüb. Bu ittiham 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

1989-cu ildə yaradılan Azərbaycan Xalq Cəbhəsi (AXC) 1995-ci ildə partiyaya çevrilib. 2000-ci ildən AXCP-yə Əli Kərimli liderlik edir.

Çin və Türkiyə uyğur müzakirəsi aparır

  • 27 İyul 2023
  • comments

Partiyaların qeydiyyatı: susqunluq yaranıb

  • 27 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda