Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti iyulun 26-da uçot dərəcəsini 9 faizdə saxlayıb. Bu hədd mayın 4-dən qüvvədədir.
Rəsmi məlumatda bildirilir ki, qərar makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişmələri nəzərə alınmaqla verilib.
Növbəti qərarlar bu tarixlərdə elan olunacaq: 20 sentyabr, 1 noyabr, 20 dekabr.
Uçot dərəcəsi kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsidir. Novator.az bildirir ki, 2023-cü il 8,25 faizlə start götürüb.