Energetika Nazirliyinin məlumatına görə, iyulun 25-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 86,29 dollara satılır. Novator.az bildirir ki, bu, ayın start qiymətindən 7,44 dollar yuxarı göstəricidir.
2023-cü ilin yenilənmiş dövlət büdcəsində bir barrel neft 60 dollardan hesablanır. “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88, maya 79,04, iyuna 75,05, iyula 78,85 dollarla başlayıb.
Yanvar-iyun aylarında 15,2 milyon ton neft çıxarılıb, 7,8 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.
Gündəlik xam neft hasilatı yanvarda 533 min barrel, fevralda 531 min barrel, martda 515 min barrel, apreldə 512 barrel, may və iyunda 500 min barrel göstərilib.
Beynəlxalq razılaşma 2023-cü il üçün gündəlik hasilat həddini 684 min barrel, 2024-cü il üçün 551 min barrel müəyyən edib.