UEFA Konfrans Liqasının 2023-2024 mövsümündə Azərbaycanı təmsil edən komandalar turnirə ikinci mərhələdən qoşulur. “Qəbələ”yə Kiprdən “Omoniya”, “Sabah”a Latviyadan RFS, “Neftçi”yə Bosniyadan “Jelezniçar” qismət olub.
Novator.az bildirir ki, iyulun 24-də atılan püşkün nəticəsinə görə, üçüncü mərhələyə çıxacağı halda “Qəbələ”ni “Midtülland” (Danimarka) – “Proqres” (Lüksemburq) cütlüyünün, “Neftçi”ni “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütlüyünün qalibi, “Sabah”ı “Partizan” (Serbiya) gözləyir.