• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Navalnıya 20 il iş istədilər

  • 21 İyul 2023
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Moskva Şəhər Məhkəməsi rusiyalı müxalif lider Aleksey Navalnının yeni mühakiməsini başa çatdırmaq üzrədir. Məhbus siyasətçi bu dəfə ekstremist icma yaratmaq və ona rəhbərlikdə ittiham olunur. Novator.az-ın məlumatına görə, dövlət ittihamçısı iyulun 20-si Vladimir vilayətindəki 6 saylı koloniyada keçirilən səyyar məhkəmə iclasında Aleksey Navalnıya 20 il azadlıqdan məhrumetmə cəzası istəyib. Hökmün avqustun 4-də oxunması gözlənir.

1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. O, 2013-cü ildə 5 illik, 2014-cü ildə 3 il 6 aylıq şərti həbs cəzaları alıb.

Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri olan Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Aleksey Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.

“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.

2021-ci il yanvarın 17-də Almaniyadan müalicədən qayıdan Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub, bir gün sonra Ximki Şəhər Məhkəməsi onun barəsində sınaq müddəti qaydalarını pozma ittihamı ilə həbs qətimkan tədbiri seçib. Fevralın 2-də Moskvanın Simonov Rayon Məhkəməsi Aleksey Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Fevralın 20-də Moskva Şəhər Məhkəməsi həbs müddətini 2 il 6 ay 2 həftəyə endirib.

Həbsindən sonra Rusiyada Aleksey Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyətlə və ya terrorla məşğul olan təşkilatlar siyahısına daxil edilib, fondun fəaliyyəti rəsmən dayandırılıb. Ardınca Aleksey Navalnıya ekstremist icmanın yaradılması və ona rəhbərlik ittihamı ilə yeni cinayət işi açılıb.

2022-ci ilin martın 22-si Aleksey Navalnıya başqa ittihamlarla yeni hökm oxunub. Paytaxt Moskvanın Lefortovo Rayon Məhkəməsi onu xüsusilə külli miqdarda zərər vurmaqla dələduzluqda və məhkəməni təhqir etməkdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib.

İttihama əsasən, Aleksey Navalnı 2018-ci ildə toplanmış 350 milyon rubldan çox ianəni aidiyyəti üzrə xərcləməyib və məhkəmə hakimini təhqir edib.

2022-ci ilin iyun ayının ortalarınadək Vladimir vilayətində yerləşən 2 saylı ümumi rejimli koloniyada saxlanan siyasətçi həmin vaxtdan 6 saylı ciddi rejimli koloniyada cəza çəkir.

Mənbə: Reuters.com

Qarabağda

  • 20 İyul 2023
  • comments

Gürcüstanın xarici ticarəti

  • 21 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda