Novator.az Prezident Administrasiyasının qismən yenilənmiş tərkibinə nəzər salıb:
administrasiyanın rəhbəri – Samir Nuriyev
birinci vitse-prezidentin Katibliyinin rəisi – Altay Həsənov
prezidentin köməkçisi – Cəmilə Abbasova
prezidentin köməkçisi – Anar Ələkbərov
prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi – Xalid Əhədov
prezidentin köməkçisi, dövlət nəzarəti məsələləri şöbəsinin müdiri – Kərəm Həsənov
prezidentin köməkçisi, ərazi-təşkilat məsələləri şöbəsinin müdiri – Zeynal Nağdəliyev
prezidentin köməkçisi, hərbi məsələlər şöbəsinin müdiri – Məhərrəm Əliyev
prezidentin köməkçisi, hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri – Andrey Sipilin
prezidentin köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri – Fuad Ələsgərov
prezidentin köməkçisi, xarici siyasət məsələləri şöbəsinin müdiri – Hikmət Hacıyev
prezidentin köməkçisi, iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri – Şahmar Mövsümov
prezidentin köməkçisi, iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri – Natiq Əmirov
prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi – Elçin Əmirbəyov
prezidentin mətbuat katibi – Azər Qasımov
prezidentin protokol xidmətinin rəisi – Arif Səmədov
dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri – Tələt Məcidov
gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri – Yusuf Məmmədəliyev
humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri – Fərəh Əliyeva
qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri – Gündüz Kərimov
siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri – Ədalət Vəliyev
vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri – Süleyman İsmayılov.
Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin və sənəd dövriyyəsi şöbəsinin müdiri postları boşdur.
Bakıda, İstiqlaliyyət küçəsi, 19 ünvanında qərar tutan administrasiyanın binası Prezident Sarayı adlanır.
Prezidentin işlər müdiri vəzifəsini Ramin Quluzadə tutur.