• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsavata reyestr cavabı

  • 19 İyul 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Müsavat Partiyası Ədliyyə Nazirliyinə yenidən qeydiyyat müraciətinə mənfi cavab alıb. Başqan Arif Hacılının iyulun 19-da yaydığı məlumata görə, nazirlikdən partiyaya göndərilən məktubda sənədlərdə qüsurlar olduğu vurğulanıb, o cümlədən qeyd edilib ki, reyestrdə adı göstərilmiş 5212 nəfərin 2766-sı barədə bilgilər dəqiq deyil, 250 nəfər telefon zənginə cavabında partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb. Çatışmazlıqları aradan qaldırmaq üçün partiyaya 30 gün vaxt verilib.

1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyub. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanuna görə, qeydiyyat üçün partiyanın azı 5000 üzvü olmalıdır. Dövlət qeydiyyatında olan partiyalara üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitib.

Müsavat Partiyası iyulun 8-də üzvlərinin bir qisminin siyahısını dövlət qeydiyyatına məsul Ədliyyə Nazirliyinə təqdim edib.

Reyestrdə siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməlidir.

Ədliyyə Nazirliyi iyulun 18-də məlumat yayaraq bildirib ki, quruma 27 siyasi partiya üzvlərinin reyestrini təqdim edib: “Reyestrin yoxlanması zamanı onların bəzilərində bir sıra qüsurlar, o cümlədən üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və başqa qüsurlar müəyyən olunub. Bununla bağlı partiyalara məlumat verilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi diqqətə çatdırılıb”.

1911-ci ildə yaradılan Müsavat Partiyası sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda keçirilən qurultayda bərpa olunaraq dövlət qeydiyyatına alınıb.

Arif Hacılı partiyaya 2014-cü ildən başqanlıq edir.

Partiyaların 180 günlük möhləti bitdi

AXCP yeni qeydiyyat yolunda

Azad Demokratlar Partiyası tarixə qovuşur?

Partiyalar üçün cərimə yenilikləri

Ədliyyə Nazirliyi REAL Partiyasına nə cavab verib?

Ədliyyə Nazirliyindən reyestr açıqlaması

İlqar Məmmədov nazirlikdən siyahı istəyir

Çində gənclər niyə subay gəzir? – “Nyu-York ...

  • 19 İyul 2023
  • comments

Balasanyan nələrdə ittiham olunur?

  • 19 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda