• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Balasanyan nələrdə ittiham olunur?

  • 19 İyul 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Azərbaycanın Yuxarı Qarabağ bölgəsindəki işğalçı rejimin “rəsmilərindən” olmuş Vitali Balasanyana hakimiyyət nümayəndəsinə həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiqi, qanunsuz silah, döyüş sursatı və narkotik maddə saxlamaq ittihamları irəli sürülüb. Məlumat iyulun 18-də yayılıb.

Fevral ayından Vitali Balasanyanın üstündə xüsusilə külli miqdarda mənimsəmə ittihamı da var.

Vitali Balasanyan iyulun 13-ü Əsgəranda oğlu, qardaşı və dayısı oğlu ilə birgə tutulub, ertəsi gün səhhəti pisləşdiyindən sərbəst buraxılaraq xəstəxanaya yerləşdirilib.

Onun oğlunun 74,5 milyon dram məbləğində krediti təyinatından yayındırmaqda günahlandırıldığı xəbər verilir.

Novator.az bildirir ki, 1959-cu ildə Əsgəranda doğulan Vitali Balasanyan Azərbaycan torpaqlarının qanlı işğalının, soyqırımı cinayətlərinin ən fəal iştirakçılarındandır. Separatçı rejimin “müdafiə nazirinin müavini” olub, 2016-cı il noyabrın 3-dən 2019-cu il iyunun 11-dək və 2020-ci il dekabrın 2-dən 2023-cü il yanvarın 7-dək “Təhlükəsizlik Şurasının katibi” postunu tutub.

1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü il mayın 12-də elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və bu əməliyyatlar nəticəsində əldə edilən razılaşmalarla ərazilərin böyük hissəsi azad olunub.

Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin idarəçiliyindədir.

Müsavata reyestr cavabı

  • 19 İyul 2023
  • comments

İnformasiya təhlükəsizliyi: iki qayda təsdiqlənib

  • 19 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda