• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Təhlükəsiz istismar komissiyası yeniləndi

  • 18 İyul 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

İyulun 18-də sərəncam imzalayan prezident İlham Əliyev 2022-ci il sentyabrın 24-də yaradılmış təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə koordinasiya komissiyasının tərkibini yeniləyib.

Komissiyanın sədrliyi baş nazirin müavini Şahin Mustafayevə həvalə olunub. Üzvlər belə sıralanır: fövqəladə hallar naziri, müdafiə sənayesi naziri, daxili işlər naziri, iqtisadiyyat naziri, kənd təsərrüfatı naziri, energetika naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri, səhiyyə naziri, ekologiya və təbii sərvətlər naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, Qida Təhlükəsizliyi Agentliyinin sədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri.

Prezidentin 18 iyul fərmanı ilə təsdiqlənən əsasnaməsinə görə, koordinasiya komissiyasının bu hüquqları var: daxil olmuş müraciətlərin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti məlumatların, materialların və sənədlərin alınması ilə bağlı dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğular göndərmək, görülən işlər barədə arayışlar və hesabatlar almaq; təhlil və tədqiqat materialları əsasında müvafiq sahə üzrə təkmilləşdirmə işləri aparmaq məqsədilə təkliflər hazırlamaq; müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək; müvafiq sahədə beynəlxalq və regional əməkdaşlığın genişləndirilməsi məqsədilə təkliflər hazırlamaq; müvafiq sahədə aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasının təmin edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarına (qurumlarına) göstəriş vermək; fəaliyyət istiqamətlərinə aid olan məsələlərin həlli üçün elmi tədqiqat, təcrübi-mühəndis, texniki təhlükəsizlik ekspertizası, məsləhət xidmətləri və təbliğat-təşviqat işləri ilə bağlı müvafiq sahədə ixtisaslaşmış hüquqi şəxslərin, o cümlədən elmi tədqiqat və təhsil müəssisələrinin, habelə müstəqil beynəlxalq ekspertlərin və mütəxəssislərin bu işlərə cəlb edilməsi ilə əlaqədar tədbirlər görmək.

Məhkəmə sabiq məhbusun işi üzrə yekun qərar verdi

  • 18 İyul 2023
  • comments

Kabinetə Söyüdlü təklifləri

  • 18 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda