• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İnflyasiya və qiymət üzrə monitorinq qrupu yaradıldı

  • 17 İyul 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Baş nazir Əli Əsədov inflyasiya və qiymətlər üzrə monitorinqə məsul işçi qrupun yaradılmasına sərəncam verib.

İşçi qrupa Nazirlər Kabineti Aparatının rəhbəri başçılıq edəcək.

Üzvlər belə müəyyən olunub: iqtisadiyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, energetika nazirinin müavini, səhiyyə nazirinin müavini, maliyyə nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi, Mərkəzi Bankın baş direktoru.

İşçi qrupa ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görərək ayda bir dəfə Nazirlər Kabinetinə hesabat vermək tapşırılıb.

Sərəncam iyulun 15-dən qüvvəyə minib.

İqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli baş nazirin sərəncamını pisləyib. Onun fikrincə, Azərbaycanda qiymət artımı həm də inhisarçılıq, yanlış vergi-rüsum siyasəti, bazara çıxış imkanlarının məhdudluğu kimi amillərdən doğur, inflyasiyanı cilovlamaq üçün bazarı liberallaşdırmaq, rəqabəti artırmaq, ərzaq və dərmanların pərakəndə satışında əlavə dəyər vergisini 18 faizdən 2 faizə endirmək, ölkənin Dünya Ticarət Təşkilatına üzv olması, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişinin imzalanması gərəkdir.

Novator.az bildirir ki, rəsmi hesabata görə, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətləri 2022-ci ilin ilk yarısına nisbətən 12,7 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 15,1 faiz, qeyri-ərzaq məhsulları 11,4 faiz, ödənişli xidmətlər 10,5 faiz bahalaşıb.

İyulun 11-də sosial-iqtisadi məsələlərlə bağlı müşavirə keçirən prezident İlham Əliyev deyib: “İnflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı subyektiv səbəblər də var. Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması arzuolunan deyil”.

Cəbhəçi məhbuslar

  • 17 İyul 2023
  • comments

Lirənin kursu

  • 17 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ağ ev niyə Ukraynaya ERAM raketləri satmağa razılıq verdi?

GLOBALS:0
comments
Xəbər

Pensiyaçıların sayı 5 min nəfər artıb

GLOBALS:0
comments
Xəbər

İxrac və idxalda əsas tərəfdaşlar

GLOBALS:0
comments
Xəbər

Büdcənin aylar üzrə xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ağ ev niyə Ukraynaya ERAM raketləri satmağa razılıq verdi?

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ağ ev niyə Ukraynaya ERAM raketləri satmağa razılıq verdi?

GLOBALS:0
comments
Xəbər

Pensiyaçıların sayı 5 min nəfər artıb

GLOBALS:0
comments
Xəbər

İxrac və idxalda əsas tərəfdaşlar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda