• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanlı müxaliflər Londonda fond yaradıb

  • 12 İyul 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası Böyük Britaniyanın paytaxtı Londonda təsis olunmuş Azərbaycan Gənclərinin Təhsil Fondunu qeydiyyata alıb. Qurumu tarixçi alim, müxalif Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli, diplomat Arif Şahmarlı (Məmmədov), iqtisadçı alim, müxalif Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yaradıb. İyulun 12-də bu haqda bilgi yayan Qubad İbadoğlu qeyd edib ki, Azərbaycan Gənclərinin Təhsil Fondunun başlıca məqsədi gənclərin xaricdə təhsil almasına, gənc alimlərin araşdırmalarını beynəlxalq elmi konfranslarda təqdim etməsinə dəstək verməkdir. Söhbət təşkilati, məsləhət və maliyyə formatlı dəstəkdən gedir. Əsas maliyyə mənbəyi kimi ianələr nəzərdə tutulur. Fondun müsabiqələri növbəti tədris ilindən başlayacaq.

1952-ci il təvəllüdlü Cəmil Həsənli tarix elmləri doktorudur. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub. 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.

Demokratik Qüvvələrin Milli Şurası 2013-cü ildə yaradılıb. Cəmil Həsənli quruma həmin ilin dekabr ayından sədrlik edir. Şuranın Koordinasiya Mərkəzində bir çox siyasətçi, o cümlədən AXCP sədri Əli Kərimli yer alır.

1964-cü il təvəllüdlü Arif Şahmarlı Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri, Avropa Şurası yanında daimi nümayəndəsi olub. 2015-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı səfiri vəzifəsində çalışarkən Azərbaycan hakimiyyəti ilə toqquşub və istefa verərək müxalifətə keçib.

1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisad elmləri namizədi, London İqtisadiyyat Məktəbinin professorudur. Uzun illər Müsavat Partiyasının rəhbərliyində təmsil olunub. 2015-ci ildə Azərbaycan Demokratiya və Rifah Hərəkatını yaradıb, 2021-ci ildə qurum partiyaya çevrilib.

Maaş və qiymət artımı açıqlanıb

  • 12 İyul 2023
  • comments

Sərmayə və sənaye hesabatı

  • 12 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Ölüm əleyhinə qiyam

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ağ ev niyə Ukraynaya ERAM raketləri satmağa razılıq verdi?

GLOBALS:0
comments
Xəbər

Pensiyaçıların sayı 5 min nəfər artıb

GLOBALS:0
comments
Xəbər

İxrac və idxalda əsas tərəfdaşlar

GLOBALS:0

Tags

  • Elm
  • Gənclər
  • Hüquq
  • Siyasət
  • Sosial
  • Təhsil

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Ölüm əleyhinə qiyam

Son materiallar

comments
ManşetTribunaYazarlar

Ölüm əleyhinə qiyam

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ağ ev niyə Ukraynaya ERAM raketləri satmağa razılıq verdi?

GLOBALS:0
comments
Xəbər

Pensiyaçıların sayı 5 min nəfər artıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda