• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Türkiyə İsveçə yol açır

  • 11 İyul 2023
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) yolu açılır. Novator.az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan, İsveçin baş naziri Ulf Kristersson və NATO-nun baş katibi Yens Stoltenberq iyulun 10-u Litvanın paytaxtı Vilnüsdə bu barədə müzakirə aparıblar. Görüşdə terrorla birgə mübarizə, İsveçin NATO-ya üzvlüyü, Türkiyənin Avropa İttifaqına sıx inteqrasiyası məsələləri üzrə razılaşmalar əldə olunub. Türkiyə prezidenti İsveçin NATO-ya üzvlüyünü nəzərdə tutan protokolu ratifikasiya üçün ölkə parlamentinə göndərməyə, İsveçin baş naziri Türkiyənin Avropa İttifaqına sıx inteqrasiyasını dəstəkləməyə söz verib.

İyulun 11-12-si Vilnüsdə NATO-nun sammiti keçiriləcək.

Hərbi-siyasi ittifaq olan NATO-nu 1949-cu ildə ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya yaradıb.

Türkiyə və Yunanıstan quruma 1952-ci ildə qoşulublar.

Qərbi Almaniya (1990-cı ildən Almaniya) 1955-ci ildə NATO-ya üzv olub.

İspaniya hərbi-siyasi ittifaqa 1982-ci ildə girib.

Çexiya, Macarıstan və Polşanın NATO üzvlüyü 1999-cu ildə rəsmiləşib.

Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniya 2004-cü ildən NATO-da təmsil olunurlar.

Albaniya və Xorvatiyanın üzvlüyü 2009-cu ildə başlayıb.

Monteneqro 2017-ci ildən ittifaqdadır.

Şimali Makedoniya NATO sıralarına 2020-ci ildə əlavə edilib.

2022-ci il mayın 12-də Finlandiya və İsveç NATO-ya qoşulmaq üçün müraciət ediblər, iyunun 29-u alyansa rəsmi dəvət alıblar.

Qaydalara görə, NATO-ya qoşulmağın ilk rəsmi addımı üzv ölkələrin və namizədin hərbi alyansdakı səfirlərinin protokol imzalaması sayılır. Hər bir üzv ölkənin razılığı mütləqdir.

Protokol imza mərhələsini aşdıqdan sonra hərbi alyansa üzv dövlətlərin, o cümlədən namizəd ölkənin parlamentində ratifikasiya edilir, yalnız bundan sonra alyansa qəbul rəsmiləşir.

Finlandiya ratifikasiya mərhələsini aşaraq 2023-cü il aprelin 4-də quruma qoşulub, ancaq Türkiyə və Macarıstan hələ İsveçə yaşıl işıq yandırmayıb. Türkiyə İsveçin separatçılığa, terrorçu kimi tanınan qurumlara dəstək verdiyini əsas gətirərək bəzi tələblər irəli sürüb.

Əsası 1957-ci ildə qoyulan Avropa İttifaqı 27 ölkəni birləşdirir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Albaniya, Moldova, Monteneqro, Serbiya, Şimali Makedoniya, Türkiyə və Ukrayna üzvlüyə namizəd statusundadır.

Gürcüstan, Bosniya və Herseqovina, Kosovo da quruma üzvlük üçün danışıqlar aparır.

Mənbə: Reuters.com

Laçın yolu bağlandı

  • 11 İyul 2023
  • comments

Yarım ilin xam neft hasilatı

  • 11 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda