Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsindən azad edilib. Prezident İlham Əliyev sərəncamı iyulun 10-da imzalayıb.
Mustafa Babanlı rektor postunu 2015-ci il sentyabrın 3-dən tuturdu.
Əsası 1887-ci ildə texniki məktəb kimi qoyulan təhsil ocağı sonra politexnikuma çevrilib, ardınca ali məktəb statusu alaraq Bakı Politexnik İnstitutu, Azərbaycan Politexnik İnstitutu, Azərbaycan Neft İnstitutu, Azərbaycan Sənaye İnstitutu, Azərbaycan Neft və Kimya İnstitutu, Azərbaycan Sənaye Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası adları ilə fəaliyyət göstərib. İndiki adı 2015-ci il sentyabrın 3-dən daşıyır.