• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazim Bəydəmirli həbsdə saxlandı

  • 10 İyul 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı, iş adamı, sabiq deputat Nazim Bəydəmirlinin həbsindən verilmiş şikayətə baxıb. “Turan”ın məlumatına görə, şikayət təmin olunmayıb, həbs qətimkan tədbiri qüvvədə saxlanıb.

1963-cü ildə Gədəbəyin Çay Rəsullu kəndində doğulan Nazim Bəydəmirli Voronej Dövlət Aqrar Universitetinin (Rusiya) yer quruluşu fakültəsini bitirib, həmin təhsil ocağının müəllimi olub. İqtisad elmləri doktorudur. 1993-cü ildən Rusiyada, 2000-ci ildən Azərbaycanda biznes fəaliyyəti göstərib. 2005-2010-cu illərdə Milli Məclisdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsini təmsil edib.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iyulun 4-də tutduğu Nazim Bəydəmirli hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur. Bu əməl 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Rəsmi iddiaya görə, Nazim Bəydəmirli bir vətəndaşı rüsvay etməklə hədələyərək 50 min manat istəyib, iyunun 24-də ondan 10 min manat alıb.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Müdafiəçiləri sabiq deputatın Gədəbəyin Söyüdlü kəndi ətrafında hadisələr fonunda tutulduğunı vurğulayır.

Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib, ərazidəki qızıl mədəninin tullantılarının ekologiyaya mənfi təsir göstərdiyini vurğulayıb. Polis aksiyanı dağıdıb. Tutulanlar var.

Bu olay ölkədə böyük əks-səda doğurub. İyunun 21-də baş nazir Əli Əsədov Söyüdlüdəki tullantıxana (süni göl) sahəsində monitorinq aparmağa və vəziyyəti qiymətləndirməyə məsul komissiya yaradıb.

Nazim Bəydəmirli Söyüdlü sakinlərinin haqlı tələblərlə çıxış etdiyi barədə açıqlamalar verib, qızıl emalı müəssisəsinin əhali, flora və fauna üçün təhlükələr törətdiyini deyib.

Sabiq deputat tutulub

Nazim Bəydəmirli dörd aylıq həbsə getdi

Həbsə etirazlar

Azad Demokratlar Partiyası tarixə qovuşur?

  • 10 İyul 2023
  • comments

Laçın yolu bağlandı

  • 11 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda