• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mərkəzi Bankın statusu yenilənir

  • 06 İyul 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Milli Məclisin 6 iyul iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişikliklər və onu müşayiət edən başqa layihələr son oxunuşdan keçib. Novator.az bildirir ki, əsas yeniliyə görə, Mərkəzi Bankın İdarə Heyəti bankın sədri, bankda daimi əsaslarla işləyən 6 üzv və 2 kənar üzvdən ibarət olur. Hazırda İdarə Heyətinin tərkibinə sədr, daimi əsaslarla işləyən 4 üzv və 2 kənar üzv daxildir.

İdarə Heyəti üzvlərini Milli Məclis prezidentin təqdimatı ilə təyin edir. Üzvlər sırasından Mərkəzi Bankın sədrinin təyinatı prezidentin səlahiyyətindədir.

Başqa dəyişiklik Mərkəzi Banka hüquqi şəxs yaratmaq imkanı verir. Təklifə görə, Mərkəzi Bankın öz məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar, maliyyə bazarları infrastrukturunun fəaliyyətinin təmin edilməsi, habelə maliyyə bazarlarında çalışan əməkdaşların ixtisaslarının artırılması məqsədilə hüquqi şəxslər yaratmaq və (və ya) onlarda iştirak etmək hüququ var.

Layihədə Mərkəzi Bankın əsas funksiyaları belə sıralanır: dövlətin pul və məzənnə siyasətinin müəyyən edilməsi və həyata keçirilməsi; nağd pul dövriyyəsinin təşkili, pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması; manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin mütəmadi müəyyən və elan edilməsi; sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi; monetar, maliyyə bazarları və ödəniş sistemləri üzrə statistikanın, ölkənin tədiyyə balansının, beynəlxalq investisiya balansının və icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasının tərtibi, məlumatların ümumiləşdirilməsi və yayılmasının təmin edilməsi, habelə ölkənin tədiyyə balansının proqnozlaşdırılmasında iştirak; maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi, maliyyə bazarlarında tənzimləmə və nəzarətin, o cümlədən makroprudensial tənzimləmə və nəzarətin həyata keçirilməsi; ödəniş sistemlərinin sabit, təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi, inkişafına dəstək verilməsi; maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maliyyə bazarları sahəsində maarifləndirmə işlərinin aparılması; valyuta tənziminin və nəzarətinin həyata keçirilməsi; əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətinin təmin edilməsi.

Layihədə qeyd olunur ki, Mərkəzi Bank iqtisadi müstəqilliyə malikdir, aktivlərinin satışından və ya onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir. Mərkəzi Bank dövlətin öhdəlikləri, dövlət isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyil, amma Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənir.

“AzəriLayt” 80 dolları keçdi

  • 06 İyul 2023
  • comments

Zamin Salayevin yeni məhkəməsi başladı

  • 06 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda