Energetika Nazirliyinin məlumatına görə, iyulun 6-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 80,44 dollara satılır. Novator.az bildirir ki, bu, büdcə qiymətindən 20,44 dollar yuxarı göstəricidir.
2023-cü ilin yenilənmiş dövlət büdcəsində bir barrel neft 60 dollardan hesablanır. “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88, maya 79,04, iyuna 75,05, iyula 78,85 dollarla başlayıb.
Gündəlik xam neft hasilatı yanvarda 533 min barrel, fevralda 531 min barrel, martda 515 min barrel, apreldə 512 barrel, mayda 500 min barrel göstərilib.
Beynəlxalq razılaşma 2023-cü il üçün gündəlik hasilat həddini 684 min barrel, 2024-cü il üçün 551 min barrel müəyyən edib.
Yanvar-may aylarında ölkədə kondensatla birgə 12,7 milyon ton neft hasil edilib.
Analoji göstərici 2008-ci ildə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton olub.