![]({"full":{"0":"2023\/07\/Baki-zirve.jpg","1":750,"2":415,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2023\/07\/Baki-zirve.jpg"}})
İyulun 5-i Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir. AZƏRTAC prezident İlham Əliyevin görüşdə çıxış etdiyini xəbər verir.
1961-ci ildə yaradılmış Qoşulmama Hərəkatında 120 dövlət, 20 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat yer alır. Azərbaycan təşkilata 2011-ci ildə qəbul olunub, 2019-cu ildən qurumda sədrlik edir.