• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qarabağdan danışıq sədası

  • 03 İyul 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsinə nəzarət edən işğalçı rejimdən yeni xəbər var. “Turan”ın 3 iyul məlumatına görə, “Vahid Vətən Partiyasının sədri” Samvel Babayan rejimin Azərbaycan rəsmiləri ilə birbaşa danışıqlar aparmasına çağırıb. O qeyd edib ki, insanların sakit və normal yaşayışı üçün ən sadə məsələlərin həllinin müzakirəsinə, qarşılıqlı etimadın yaranmasına ehtiyac var, yalnız bundan sonra status məsələsinin və başqa problemlərin həlli üzrə danışıqlara keçmək mümkün olar.

1965-ci ildə Xankəndidə doğulmuş Samvel Babayan 1993-1999-cu illərdə Yuxarı Qarabağdakı separatçı hərbi qüvvələrə komandanlıq edib. Azərbaycan torpaqlarında törədilmiş qanlı cinayətlərin əsas iştirakçılarından biridir. 2020-ci ilin may-noyabr aylarında “Təhlükəsizlik Şurasının katibi” olub.

2000-ci ildə o, separatçıların lideri Arkadi Qukasyana sui-qəsd təşkilində günahlandırılaraq 14 illik həbs cəzası alıb, 4 il 6 aydan sonra əfv edilib.

Samvel Babayan 2017-2018-ci illərdə Ermənistanda cinayət yolu ilə əldə olunmuş gəliri leqallaşdırmaq, hərbi sursatın qanunsuz əldə olunması, saxlanması və daşınmasına təhrik ittihamları ilə həbsdə yatıb.

1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə təcavüzə başlayıb. 1991-ci ildə ermənilər bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Yuxarı Qarabağı və onun ətrafındakı rayonları işğal edib.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.

2023-cü il aprelin 23-də Laçından Yuxarı Qarabağa gedən yolun başlanğıcında, Malxələf kəndi yaxınlığında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurulub.

Novator.az bildirir ki, Azərbaycanın Qarabağda yaşayan ermənilərlə təmaslar üzrə məsul şəxsi deputat Ramin Məmmədovdur. 2023-cü il martın 1-i Ramin Məmmədov Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Xəbərə görə, görüşdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Martın 13-də və 27-də Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini Bakıda görüşə dəvət edib, işğalçı rejim buna razılıq verməyib.

Mayın 28-i Laçın şəhərində əhali ilə görüşən prezident İlham Əliyev bu dəvətləri xatırladaraq deyib: “Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək”.

Hər 100 min nəfərə 217 məhbus düşür

  • 03 İyul 2023
  • comments

Vaqif Sultanlının “Kulikovo döyüşü” kitabı Londond...

  • 03 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda