Azərbaycan Mərkəzi Bankı iyunun 25-də 100 Türkiyə lirəsini 6 manat 74 qəpiyə satır. Novator.az bildirir ki, bu, ilin start qiyməti ilə müqayisədə 2 manat 33 qəpik aşağı göstəricidir. 2023-cü ilin siftə məzənnəsi 9 manat 7 qəpik olub.
Lirə 2021-ci ildən dəyər itirir. Azərbaycan Mərkəzi Bankının məzənnə hesabatlarına görə, 100 lirə 2021-ci ilə 22 manat 91 qəpiklə başlayıb, ili 13 manat 29 qəpiklə yola salıb.
2022-ci il 9 manat 9 qəpiklə bitib.
Türkiyənin Mərkəzi Bankı iyunun 25-də 1 ABŞ dollarını 25,2 lirədən baha təklif edir.