Milli Hidrometeorologiya Xidməti bildirir ki, iyul ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28 dərəcə isti olması, bəzi gündüzlər 38-40 dərəcə isti qeydə alınması gözlənir.
Qalan bölgələr üzrə proqnoz belədir:
Naxçıvan, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur – orta aylıq temperatur 24-28 dərəcə isti, bəzi gündüzlər 38-43 dərəcə isti;
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy – orta aylıq temperatur 17-20 dərəcə isti, bəzi gündüzlər 27-32 dərəcə isti;
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan – orta aylıq temperatur 20-23 dərəcə isti, bəzi gündüzlər 29-34 dərəcə isti;
Qazax, Gəncə, Tərtər, Ağdam, Füzuli – orta aylıq temperatur 25-27 dərəcə isti, bəzi gündüzlər 35-39 dərəcə isti;
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingəçevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar – orta aylıq temperatur 21-25 dərəcə isti, bəzi gündüzlər 33-38 dərəcə isti;
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala – orta aylıq temperatur 27-29 dərəcə isti, bəzi gündüzlər 38-42 dərəcə isti;
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad – orta aylıq temperatur 22-27 dərəcə isti, bəzi gündüzlər 35-38 dərəcə isti.