• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiyada hərbi qiyam?

  • 24 İyun 2023
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

İyunun 24-nə keçən gecədən Rusiyada hərbi-siyasi böhran yaranıb. Novator.az bildirir ki, “Vaqner” qeyri-rəsmi hərbi birləşməsinin sahibi Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun döyüşçülərinin düşərgəsini raket atəşinə tutmaqda ittiham edib və qiyam əmri verib. Ukrayna cəbhəsindən geri çəkilən “Vaqner”çilər Rusiyanın Rostov vilayətinə yön alıblar. Vilayətdə, Rusiyanın başqa bölgələrində, o cümlədən paytaxt Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib, küçələrə hərbi texnika çıxarılıb.

Rusiya Baş Prokurorluğu Yevgeni Priqojinə hərbi qiyam təşkili ittihamı ilə cinayət işi açıldığını bəyan edib.

İyunun 24-də televiziya ilə xalqa müraciət edən prezident Vladimir Putin “Vaqner”in üsyanını xalqa qarşı cinayət, dövlətə xəyanət adlandırıb və sərt tədbirlər görüləcəyini deyib.

Yevgeni Priqojinlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında kəskin münaqişə var. İyunun 23-də Yevgeni Priqojin bəyan edib ki, 2022-ci ilin fevral ayında Ukraynadan Rusiyaya hər hansı təhlükə və hərbi əməliyyatlara başlamağa əsas olmayıb, Sergey Şoyqu prezident Vladimir Putini yanlış məlumatlarla müharibəyə sövq edib.

“Vaqner” Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqəli, muzdlulardan ibarət qeyri-rəsmi hərbi birləşmədir, Ukraynada aparılan işğalçı müharibədə döyüşür.

Vladimir Putinlə yaxın əlaqələri olan iş adamı Yevgeni Priqojinin maliyyələşdirdiyi qrup ilk dəfə 2014-cü ildə Rusiya Krımı ilhaq edərkən meydana çıxıb.

Qrupa istefada olan kəşfiyyat zabiti, Vaqner ləqəbli Dmitri Utkin rəhbərlik edir.

Rixard Vaqner alman faşizminin lideri Adolf Hitlerin sevimli bəstəkarı olub.

Qrup dünyanın heç bir yerində hüquqi şəxs kimi qeydiyyata alınmayıb.

“Vaqner” üzvləri Suriya, Liviya, Mərkəzi Afrika Respublikası, Sudan, Mali və Mozambikdə də döyüşüb. Onlar bu dövlətlərdə avtoritar liderlərin tapşırıqlarını yerinə yetirməklə, bəzən neft-qaz yataqlarını ələ keçirməklə, nəticədə dolayı yolla həmin ərazilərdə Rusiyanın maraqlarını, təsirini möhkəmləndirməklə məşğul olub, bir çox halda mülki əhaliyə divan tutub, kütləvi edamlar həyata keçirib, mülkləri talan edib.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib. Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

Rusiyaya qarşı ikinci böyük cəbhə – “The Mon...

  • 24 İyun 2023
  • comments

İkinci prezidentin doğum günü

  • 24 İyun 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda