• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qiyasın cəzasına iki sutka əlavə olundu

  • 24 İyun 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Nizami Rayon Məhkəməsi iyunun 24-də ictimai fəal Qiyas İbrahimova kəsilmiş inzibati həbs cəzasını 32 sutkaya qaldırıb. Xəbəri “Turan” yayıb.

İyunun 22-də tutulan Qiyas İbrahimov həmin gün Nizami Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs cəzası almışdı. O, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinmişdi.

24 iyun prosesindəki qərar internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmək ittihamı ilə çıxarılıb.

Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində saxlanan Qiyas İbrahimov iyunun 23-dən quru aclıq aksiyası keçirir.

İyunun 22-də Sumqayıt Şəhər Məhkəməsinin 20 sutkalıq cəza verdiyi “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Elmir Abbasov da polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda ittiham olunub. Hər iki fəalın müdafiəçiləri həbsləri onların sosial şəbəkədə hakimiyyəti sərt tənqid etmələri ilə bağlayır.

Qiyas İbrahimov əvvəllər məhkumluq yaşayıb. O, başqa ictimai fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-u Bakıda tutulub. Fəallar külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Sonradan Qiyas İbrahimovun cəzası 3 ay artırılıb.

Müdafiəçiləri fəalların həbsini siyasi sifariş sayıb, bildiriblər ki, 2016-cı il mayın 10-na keçən gecə mərhum prezident Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.

2019-cu il martın 17-də hər iki gənc prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Bayram Məmmədov 2021-ci il mayın 2-si Türkiyənin İstanbul şəhərində həlak olub. Rəsmi versiyaya görə, Bayram Məmmədov parkda gəzişərkən dənizə düşən başmağını götürmək üçün suya girəndə batıb.

Neftsiz ixrac hesabatı

  • 24 İyun 2023
  • comments

Əli Kərimli yenidən AXCP sədri seçildi

  • 24 İyun 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda