• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qiyas İbrahimov aclığa başlayıb

  • 23 İyun 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində saxlanan ictimai fəal Qiyas İbrahimov iyunun 23-də evə zəng vurub. O, anasına aclıq aksiyasına başladığını deyib.

Xəbəri “Turan” yayıb.

Nizami Rayon Məhkəməsi iyunun 22-də Qiyas İbrahimova 30 sutkalıq inzibati həbs cəzası kəsib. Həmin gün Sumqayıt Şəhər Məhkəməsi “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Elmir Abbasova 20 sutkalıq cəza verib. Onlar polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli biliniblər. Müdafiəçiləri həbsləri fəalların Gədəbəyin Söyüdlü kəndində sosial tələbli aksiyanın dağıdılmasına etirazları, sosial şəbəkədə hakimiyyəti sərt tənqid etmələri ilə bağlayır.

Söyüdlü sakinləri iyunun 20-də aksiya keçirib, kənddəki qızıl mədəninin tullantılarının ərazinin ekologiyasına mənfi təsir göstərdiyini vurğulayıblar.

Polis əməkdaşları aksiyanı dağıdıb, xəsarət alanlar, tutulanlar var.

Bu olay ölkədə böyük əks-səda doğurub. İyunun 21-də baş nazir Əli Əsədov Söyüdlüdəki tullantıxana sahəsində monitorinq aparmağa və vəziyyəti qiymətləndirməyə məsul komissiya yaradıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədr təyin edildiyi komissiyaya sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində müraciətlərin araşdırılmasını təmin etmək, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq təkliflər hazırlamaq tapşırılıb.

Qiyas İbrahimov əvvəllər məhkumluq yaşayıb. O, başqa ictimai fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-u Bakıda tutulub. Fəallar külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Sonradan Qiyas İbrahimovun cəzası 3 ay artırılıb.

Müdafiəçiləri fəalların həbsini siyasi sifariş sayıb, bildiriblər ki, 2016-cı il mayın 10-na keçən gecə mərhum prezident Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.

2019-cu il martın 17-də hər iki gənc prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Bayram Məmmədov 2021-ci il mayın 2-si Türkiyənin İstanbul şəhərində həlak olub. Rəsmi versiyaya görə, Bayram Məmmədov parkda gəzişərkən dənizə düşən başmağını götürmək üçün suya girəndə batıb.

Vüqar Camalzadənin Daşkənd uğuru

  • 23 İyun 2023
  • comments

Sıradan çıxan və qalan partiyalar

  • 24 İyun 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda