Azərbaycan Mərkəzi Bankı iyunun 23-də 100 Türkiyə lirəsini 6 manat 72 qəpiyə təklif edir. Novator.az bildirir ki, bu, ötən günlə müqayisədə 49 qəpik aşağı qiymətdir. İyunun 22-də 100 lirə banklara 7 manat 21 qəpiyə satılmışdı.
Lirə 2021-ci ildən dəyər itirir. Azərbaycan Mərkəzi Bankının məzənnə hesabatlarına görə, 100 lirə 2021-ci ilə 22 manat 91 qəpiklə başlayıb, ili 13 manat 29 qəpiklə yola salıb.
2022-ci il 9 manat 9 qəpiklə bitib, 2023-cü ilin siftə məzənnəsi 9 manat 7 qəpik olub.
Türkiyənin Mərkəzi Bankı iyunun 22-də banklara verilən borclar üzrə faiz dərəcəsini – uçot dərəcəsini 8,5 faizdən 15 faizə qaldırıb. Qərarın lirənin ucuzlaşmasını cilovlamaq məqsədi güddüyü vurğulanır.