Xətai Rayon Məhkəməsi iyunun 22-də ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin həbs müddətini iyulun 28-dək uzadıb. “Turan”ın məlumatına görə, qərar istintaq orqanının vəsatəti əsasında qəbul olunub.
Bəxtiyar Hacıyev Bakı İstintaq Təcridxanasında saxlanır. Xətai Rayon Məhkəməsi 2022-ci il dekabrın 9-da onun barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçmiş, 2023-cü il yanvarın 21-də həbs müddəti fevralın 28-dək, fevralın 23-də aprelin 28-dək, aprelin 20-də iyunun 28-dək uzadılmışdı.
İstintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsinin iddiasına görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb.
Fəala hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq və məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə ittihamları verilib.
Bu il iyunun 16-da Bəxtiyar Hacıyevə qanunsuz sahibkarlıq; yalançı sahibkarlıq; qaçaqmalçılıq; rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə ittihamları da irəli sürülüb.
Fəal ötən il dekabrın 15-dən 29-dək, bu il yanvarın 9-dan fevralın 28-dək azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyaları keçirib.
1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. O, 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb.
Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?
Bəxtiyar Hacıyev prosesi təyin olunub
Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı
Bəxtiyar Hacıyev aclığı davam etdirir
Vəkil Bəxtiyar Hacıyevə baş çəkdi
Bəxtiyar Hacıyevdən köçürülmək istəyi
Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxladı
Bəxtiyar Hacıyev: yeni proses, Avropa Məhkəməsindən qərar
Bəxtiyar Hacıyev yenə buraxılmadı
Əli Kərimli Bəxtiyar Hacıyevə səslənib
Bəxtiyar Hacıyev aclığı dayandırdı
Bəxtiyar həbsdə qaldı, yenə aclıq qərarı verdi
Bəxtiyara ittihamlar yeniləndi
Prezidentə Bəxtiyar və Əvəz müraciəti
Bəxtiyar Hacıyevin məhbəs məktubu
Bəxtiyar Hacıyev qərarı dəyişmədi
Bəxtiyarın müayinəsi: rəsmi müraciət olunub
Ombudsman Bəxtiyar Hacıyevə baş çəkib
Bəxtiyar Hacıyevin istəyi, çağırışlar
ABŞ səfirliyinin Bəxtiyar narahatlığı
Bəxtiyar sistem qəbulundan imtina etdi
“Bəxtiyar Hacıyevi itirə bilərik”
Bəxtiyar quru aclığa keçmək istəyib
Bəxtiyar Hacıyev: yeni ünvan, yenə aclıq
Bəxtiyar Hacıyev quru aclığa keçdi
Vəkil: “Bəxtiyarın həyatı təhlükədədir”
Bəxtiyar qərarı yenə dəyişmədi
Bəxtiyar quru aclığı dayandırdı
Bəxtiyara baş çəkən vəkil nə deyir?
Bəxtiyara müraciət, Bəxtiyar müraciəti
Bəxtiyar Hacıyev aclığı dayandırdı
Bəxtiyar Hacıyev təcridxanaya qaytarılıb