İyulun 1-dən Türkiyədə minimum aylıq maaş 11402 lirəyə (821 manata yaxın) qaldırılır. Novator.az bildirir ki, yanvarın 1-dən ölkədə minimum əməkhaqqı 8506 lirədir.
Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manatdır.
Mərkəzi Bank iyunun 20-də 100 Türkiyə lirəsini 7 manat 20 qəpiyə satır.
2023-cü il 9 manat 7 qəpiklə başlayıb.