Azərbaycanın Dövlət Gömrük Komitəsi 2023-cü ilin yanvar-may aylarında idxalın dəyərini 6,8 milyard dollardan çox göstərib. Novator.az bildirir ki, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri üzrə 1,2 milyard dollar, nəqliyyat vasitələri və onların hissələri üzrə 1 milyard 72,8 milyon dollar, yeyinti məhsulları üzrə 921,9 milyon dollarlıq idxal qeydə alınıb.
Qalan əsas idxal məhsulları belə sıralanır: qara metallar və onlardan hazırlanan məmulatlar – 395,8 milyon dollar, əczaçılıq məhsulları – 288,7 milyon dollar, plastmas və onlardan hazırlanan məmulatlar – 214,9 milyon dollar, oduncaq və ondan hazırlanan məmulatlar – 167,7 milyon dollar, geyim və geyim ləvazimatı – 138,6 milyon dollar, mebel və onun hissələri – 56 milyon dollar, tütün və tütün məmulatları – 45 milyon dollar, gübrə – 30,8 milyon dollar.