• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiyanın saxta saytlar şəbəkəsi – “Frans Press”

  • 15 İyun 2023
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetXəbər

Fransa Rusiyanın növbəti dezinformasiya kampaniyasını ifşa edib. Xarici işlər naziri Ketrin Kolonnaya istinad edən “Frans Press” agentliyi belə xəbər yayıb.

Novator.az-ın məlumatına görə, Ketrin Kolonna bəyan edib ki, Rusiya Avropanın yüzlərlə kütləvi informasiya vasitəsinin onlayn versiyasının oxşarını hazırlayıb. Həm tərtibatı, həm də internet ünvanı (domen adı) əslinə bənzəyən saxta saytlarda Ukrayna ordusu, Avropa ölkələrinə sığınmış ukraynalı qaçqınlar haqqında böhtan xarakterli materiallar, Rusiyaya qarşı sanksiyaları qınayan şərhlər yerləşdirilib. Avropa KİV-lərinin sosial media hesablarına oxşayan hesablar da açılıb və saxta saytlarda yerləşdirilən materiallar həmin hesablar vasitəsilə sosial şəbəkələrdə tirajlanıb. Məqsəd guya Avropa KİV-lərinin Kremlin rəsmi təbliğatını, dezinformasiyalarını təsdiqlədiyi görüntüsü yaratmaq olub.

Ketrin Kolonna bu işdə Rusiyanın dövlət qurumlarının, o cümlədən Fransadakı səfirliyinin, mədəniyyət mərkəzlərinin fəal iştirak etdiyini vurğulayıb. O, Fransa Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsinin də oxşarının yaradıldığını söyləyib: “Məqsəd rəsmi Parisin Ukrayna məsələsinə münasibəti ilə bağlı çaşqınlıq yaratmaq, demokratik dövlətlərin bu məsələdə tutduğu vahid mövqeyə kölgə salmaq olub”.

Xarici İşlər Nazirliyinin saytının oxşarı 2023-cü ilin may ayında aşkarlanıb, hökumətin təcili müdaxiləsi nəticəsində həmin saytın əhatə dairəsi məhdudlaşdırılıb.

Fransa hökuməti ümumilikdə Rusiyanın Avropa KİV-lərinin haqqını tapdayan 355 sayt açdığını müəyyənləşdirib. Ölkənin “Le Monde”, “Le Figaro”, “Le Parisien”, “20 Minutes”, Almaniyanın “Bild”, “Frankfurter Allgemeine Zeitung” kimi məşhur gündəlik qəzetlərinin, “Der Spiegel” həftəlik jurnalının onlayn versiyalarının da oxşarı hazırlanıbmış.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 24-dən bu ölkəyə qarşı total müharibə aparır və yeni ərazilər ələ keçirib. Rusiyanın işğalçı müharibəsi dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.

Mənbə: France24.com

Prezident sərəncamları

  • 14 İyun 2023
  • comments

14 aktiv xəstə var

  • 16 İyun 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət
  • Texnologiya

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda