• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni Zelandiya: xəbərlər Kremlin xeyrinə redaktə olunurmuş

  • 14 İyun 2023
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetXəbər

Yeni Zelandiyanın İctimai Radiosunun saytı Rusiya-Ukrayna müharibəsinə aid xəbərləri Kremlin mənafeyinə uyğun redaktə edirmiş. ABŞ-ın “Associated Press” agentliyi bildirir ki, bunu ictimaiyyətə radionun icraçı direktoru Pol Tompson açıqlayıb.

Novator.az-ın məlumatına görə, Pol Tompson deyib ki, o, məsələdən iyunun 9-da xəbər tutub. Həmin gündən 250-yə yaxın materialın mətni ekspertizadan keçirilib və 20-yə yaxın mətndə dəyişiklik edildiyi aşkarlanıb.

İcraçı direktor araşdırmanın davam etdiyini, minlərlə materialın ekspertizaya cəlb olunacağını söyləyib.

Rusiyanın rəsmi təbliğatına, o cümlədən dezinformasiya kampaniyalarına uyğun formada redaktə edilmiş yazıların hamısı Ukrayna müharibəsi mövzuludur. Materialların çoxu bir ildən də qabaqkı dövrə aiddir.

Araşdırma göstərib ki, redaktələrin əksəri ABŞ-ın “Reuters” agentliyindən götürülmüş xəbərlərin mətnində aparılıb. Bu işi radionun saytına məsul əməkdaş edib. Həmin əməkdaş hələlik məzuniyyətə göndərilib, onun radioya necə işə götürüldüyü istiqamətində də təhqiqata başlanıb.

Hazırda İctimai Radio redaktəyə məruz qalmış xəbərləri siyahılaşdırıb ictimaiyyətə təqdim edir.

Pol Tompsonun dediyinə görə, bəzi dəyişikliklər cəmisi bir neçə sözün ixtisar və ya əlavə edilməsindən ibarət olub, amma redaktə elə formada aparılıb ki, məzmun Rusiyanın xeyrinə yönəlib.

İcraçı direktor bildirib ki, radio abunə olduğu xəbər agentliklərindən aldığı informasiyaların redaktəsini saytda yalnız bir nəfərə həvalə edibmiş: “Çünki həmin informasiyalar abunəçilərə redaktəli şəkildə göndərilir, belə materialların üzərində xüsusi iş aparmağa ehtiyac qalmır”.

Ancaq Pol Tompson bundan sonra agentliklərdən daxil olan materiallara radionun saytında azı iki redaktorun nəzarət edəcəyini vurğulayıb.

İcraçı direktor qərəzli redaktələrə görə dinləyicilərdən, oxuculardan və Ukrayna xalqından üzr istəyib: “Bu, çox pis haldır. Mən sarsıntı içindəyəm. Özümə gələ bilmirəm. Biz bunun necə baş verdiyini araşdırıb üzə çıxarmalıyıq. Kremlyönlü tör-töküntünün bizim xəbərləri zibilləməsi olduqca utandırıcı, bağışlanmaz hadisədir”.

“Associated Press” qeyd edir ki, Yeni Zelandiya İctimai Radiosu xeyli müddətdir təkcə radio yayımı şirkəti kimi yox, həm də multimedia qurumu kimi fəaliyyət göstərir və onun saytı ölkədə ən çox izlənən xəbər platformalarından biridir.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 24-dən bu ölkəyə qarşı total müharibə aparır və yeni ərazilər ələ keçirib. Rusiyanın işğalçı müharibəsi dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.

Mənbə: Apnews.com

Üç turnir, 234 komanda

  • 14 İyun 2023
  • comments

Boşanma 1941-ci ildən bəri ən yüksək həddə çatıb

  • 14 İyun 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda