55 üzvü olan Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) klub turnirlərinin 2023-2024 mövsümünə 234 komanda buraxıb. İngiltərə və İspaniya yarışlara 8, İtaliya və Almaniya 7, Fransa və Portuqaliya 6, Niderland, Avstriya, Şotlandiya, Serbiya, Ukrayna, Belçika, İsveçrə və Yunanıstan 5, Cəbəllütariq, İslandiya, Monteneqro, Andorra və San Marino 3, Lixtenşteyn 1, qalan UEFA üzvləri (Rusiya istisna olmaqla) 4 komanda çıxarır.
Novator.az bildirir ki, Çempionlar Liqasında 78, Avropa Liqasında 21, Konfrans Liqasında 135 komanda start götürür. Çempionlar Liqasının ilk iki mərhələsində ələnənlər Konfrans Liqasına, sonrakı üç mərhələsində ələnənlər və qruplarda üçüncü yeri tutanlar Avropa Liqasına, Avropa Liqasının hər iki mərhələsində ələnənlər və qruplarda üçüncü yeri tutanlar Konfrans Liqasına köçür.
Azərbaycandan Çempionlar Liqasına bilet alan “Qarabağ”ın birinci mərhələdəki bir mümkün rəqibi ilkin mərhələnin komandaları arasında yer alır: “Buduçnost” (Monteneqro), “Breydablik” (İslandiya), “Tre Penne” (San Marino), “Atletik” (Andorra).
Qalan potensial rəqiblər bunlardır: “Linkoln” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakov” (Polşa), “Partizani” (Albaniya), “Haken” (İsveç), “Farul” (Rumıniya), “Valmeyras” (Latviya), “Balkani” (Kosovo), “Larn” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Svift” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya).
İkinci mərhələdə “Qarabağ”ın bəxtinə “Aris” (Kipr), üçüncü mərhələdə “Sparta” (Çexiya), AEK (Yunanıstan), dördüncü mərhələdə “Yanq Boyz” (İsveçrə) düşə bilər.
Konfrans Liqasındakı Azərbaycan təmsilçiləri – “Qəbələ”, “Sabah” və “Neftçi” turnirə ikinci mərhələdən qoşulur.
“Qəbələ” və “Sabah”ın Belçikadan “Brügge”, “Gent”, İsveçrədən “Bazel”, Türkiyədən “Fənərbaxça”, “Beşiktaş”, Rumıniyadan “Kluj”, “Styaua”, Danimarkadan “Midtülland”, Yunanıstandan PAOK, “Aris”, İsraildən “Makkabi” (Tel-Əviv), “Hapoel” (Beer-Şeva), Çexiyadan “Viktoriya”, Norveçdən “Bode-Qlimt”, “Rusenborq”, Polşadan “Lex”, “Legiya”, İsveçdən “Yurqorden”, Kiprdən APOEL, AEK, “Omoniya”, Bolqarıstandan SSKA, Niderlanddan “Tvente”, Xorvatiyadan “Riyeka”, “Osiyek”, Portuqaliyadan “Gimarayeş”, Polşadan “Legiya”, Slovakiyadan “Spartak”, Finlandiyadan KuPS, Şotlandiyadan “Hibernian”, Avstriyadan “Austria” ilə görüşməsi mümkündür.
“Neftçi”nin potensial rəqibləri bunlardır: “Petrokub” (Moldova), “Drita” (Kosovo), “Voyvodina” (Serbiya), “Adana” (Türkiyə), “Lüsern” (İsveçrə), “Vorskla” (Ukrayna), “Bohemians” (Çexiya), “Orxus” (Danimarka), “Beytar”(Yerusəlim, İsrail), “Hammarbü”, “Kalmar” (İsveç), “Levski”, SSKA 1948 (Bolqarıstan), “Kauno Jalgiris” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq”, “Keçkemet”, “Debretsen” (Macarıstan), “Sepsi” (Rumıniya) , “Borats” (Bosniya), “Ordabası”, “Aktobe” (Qazaxıstan), “Selye” (Sloveniya), “Auda” (Latviya), “Differdanj” (Lüksemburq), “Torpedo-BelAZ” (Belarus).
Sonrakı mərhələlərdə hər üç təmsilçiyə “Alkmaar” (Niderland), “Dinamo” (Ukrayna), “Partizan” (Serbiya), “Rapid” (Avstriya), “Aroka” (Portuqaliya), “Yuventus” (İtaliya), “Ayntraxt” (Frankfurt, Almaniya), “Lill” (Fransa) qismət ola bilər.