• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhkəmə-Hüquq Şurası: qanun dəyişdi

  • 14 İyun 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev iyunun 14-də “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklikləri imzalayıb və onun tətbiqinə fərman verib. Novator.az bildirir ki, yeniliyə görə, 15 üzvdən ibarət Məhkəmə-Hüquq Şurası belə təşkil olunur: hakimlərin konfransının seçdiyi 9 hakim (3-ü Ali Məhkəmə hakimi, 3-ü apellyasiya məhkəmələrinin hakimi, 3-ü birinci instansiya məhkəmələrinin hakimi); Konstitusiya Məhkəməsinin təyin etdiyi hakim; Milli Məclisin təyin etdiyi şəxs; Ədliyyə Nazirliyinin təyin etdiyi şəxs; Vəkillər Kollegiyasının təyin etdiyi vəkil; Azərbaycan Milli Elmlər Akademiyasının təyin etdiyi hüquqşünas alim; hakimlərin konfransının seçdiyi hüquq ictimaiyyəti nümayəndəsi.

Üzvlərin səlahiyyət müddəti beş ildir.

Məhkəmə-Hüquq Şurasının sədri hakim üzvlər sırasından seçilir.

Hakimlərin konfransında Ali Məhkəmədən 5 hakim; hər apellyasiya instansiyası məhkəməsindən 3 hakim; hər ixtisaslaşdırılmış birinci instansiya məhkəməsindən 1 hakim; hər rayon (şəhər) məhkəməsindən 1 hakim təmsil olunur.

2005-ci ildə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurasının hakim vəzifələrinə seçkinin təşkili, hakimlərin fəaliyyətini qiymətləndirmək, onları intizam məsuliyyətinə cəlb etmək, hakimlərin iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi təqdimatları vermək səlahiyyətləri var.

Qanunun əvvəlki variantında ədliyyə naziri və Ali Məhkəmənin sədri vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilirdi.

Qalan 13 üzvün səlahiyyət müddəti beş il, müəyyənləşmə mexanizmi belə idi: prezidentin təyin etdiyi şəxs; Milli Məclisin təyin etdiyi şəxs; Konstitusiya Məhkəməsinin təyin etdiyi hakim; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Ali Məhkəmənin seçdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi apellyasiya məhkəmələrinin iki hakimi; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi birinci instansiya məhkəməsinin iki hakimi; Ədliyyə Nazirliyinin təyin etdiyi şəxs; Vəkillər Kollegiyasının Rəyasət Heyətinin təyin etdiyi vəkil; Baş Prokurorluğun təyin etdiyi şəxs.

Yarandığı vaxtdan quruma ədliyyə naziri Fikrət Məmmədov sədrlik edib.

“AzəriLayt” bu il nə qədər ucuzlaşıb?

  • 14 İyun 2023
  • comments

Prezident sərəncamları

  • 14 İyun 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

GLOBALS:0
comments
Xəbər

Xarici borcun detalları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Putin elə həmişə Putin olub – “Şpigel”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyənin turizm gəlirləri 7,6 faiz artıb

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

Son materiallar

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

GLOBALS:0
comments
Xəbər

Xarici borcun detalları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Putin elə həmişə Putin olub – “Şpigel”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda