Rəsmi hesabata görə, yanvar-may aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 2022-ci ilin eyni dövrünə nəzərən 0,7 faiz artıb.
Novator.az əvvəlki illərin göstəricilərinə də nəzər salıb.
1995-ci ildə ÜDM 11,8 faiz azalıb.
1996-cı ildə 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-ci ildə 10 faiz, 1999-cu ildə 7,4 faiz yüksəliş qeydə alınıb.
2000-ci ildə 11,1 faiz, 2001-ci ildə 9,9 faiz, 2002-ci ildə 10,6 faiz, 2003-cü ildə 11,2 faiz, 2004-cü ildə 10,2 faiz, 2005-ci ildə 26,4 faiz, 2006-cı ildə 34,5 faiz, 2007-ci ildə 25 faiz, 2008-ci ildə 10,8 faiz, 2009-cu ildə 9,3 faiz, 2010-cu ildə 5 faiz artım olub.
2011-ci il 0,1 faiz, 2012-ci il 2,2 faiz, 2013-cü il 5,8 faiz, 2014-cü il 2,8 faiz, 2015-ci il 1,1 faiz artımla, 2016-cı il 3,1 faiz geriləmə ilə yekunlaşıb.
2017-ci ildə 0,2 faiz, 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə 2,5 faiz yüksəliş, 2020-ci ildə 4,2 faiz azalma rəsmiləşib.
2021-ci il 5,6 faiz, 2022-ci il 4,6 faiz artımla bitib.