• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mərkəzi Bank necə güclənir?

  • 09 İyun 2023
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

İqtisadçı Samir Əliyev Mərkəzi Bank qanununa dəyişikliklər layihəsini şərh edib. Layihə və onu müşayiət edən başqa qanun layihələri parlamentin müzakirəsindədir. Novator.az-ın məlumatına görə, Samir Əliyev yazır ki, yenilik təklifləri Mərkəzi Bankın səlahiyyətlərinin və çeviklik imkanlarının, banklar üzərində nəzarətinin artırılmasına yönəlib: “Diqqət çəkən məqamlardan biri Mərkəzi Bankın hüquqi şəxs yaratmaq hüququ qazanmasıdır. Böyük ehtimalla bu, Mərkəzi Bankın təhsil sektoruna çıxış imkanlarını artıracaq, maliyyə bazarlarında çalışan əməkdaşların ixtisaslarının artırılması məqsədilə institut (mərkəz) yaradılacaq və ya Mərkəzi Bank mövcud qurumlarda təsisçi qismində iştirak edəcək.

Digər məsələ Mərkəzi Bankın balansında xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan gəlirlə bağlıdır. Qiymətləndirmə nəticəsində yaranmış fərq birbaşa Mərkəzi Bankın kapital ehtiyatlarında əks olunur, yenilikdən sonra vəsaitlər yenidən qiymətləndirmə üzrə ehtiyatlara aid ediləcək, yəni Mərkəzi Bankın kapital ehtiyatları və mənfəətinin sərbəst qalığının hesablanmasında nəzərə alınmayacaq, növbəti illərdə zərər olduqda həmin ehtiyatdan örtüləcək, kapital ehtiyatına ancaq ehtiyatdakı vəsait kifayət etmədikdə müraciət ediləcək. Fikrimcə, məqsəd mənfəətin sərbəst qalığının artmasının qarşısını almaqdır. Çünki qaydaya görə, kapital ehtiyatları formalaşdırıldıqdan sonra mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür.

Üçüncü məsələ Mərkəzi Bankın sosial layihələrin (tədbirlərin) maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etməsi hüququ əldə etməsidir. Bu hüquq Mərkəzi Banka bir sıra layihələrdə donor kimi və ya “sosial sahibkar” qismində birbaşa iştirak imkanı verəcək.

Nəhayət, sonuncu vacib məqam məcburi ehtiyat normaları ilə bağlıdır. Dəyişiklik nəticəsində Mərkəzi Bank saxlanan məcburi ehtiyatlar üzrə kredit təşkilatlarına faizlər ödəmək hüququ əldə edir. Məcburi ehtiyatların norması, hesablanması və saxlanması qaydasına 6 iyun 2022-ci ildə edilmiş dəyişiklik nəticəsində Mərkəzi Banka belə bir hüquq verilmişdi, ancaq bu hüquq qanunda nəzərə tutulmurdu.

Yenilikdə məqsəd banklara əlavə maliyyə dəstəyi verməkdir. Eyni zamanda məcburi ehtiyat normaları “depozitlər” yox, “öhdəliklərin” faizi nisbətində müəyyən ediləcək. Məcburi ehtiyatların hesablanması və ya saxlanması qaydasını pozan kredit təşkilatına sərt sanksiyalar tətbiq olunacaq və Mərkəzi Bank bankların müxbir hesablarına müdaxilə edəcək”.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişikliklər Milli Məclisin 9 iyun iclasında ilk oxunuşdan keçib. Yenilik təklifinə görə, Mərkəzi Bankın İdarə Heyəti Mərkəzi Bankın sədri, Mərkəzi Bankda daimi əsaslarla işləyən 6 üzv və 2 kənar üzvdən ibarət olacaq.

Hazırda Mərkəzi Bankın İdarə Heyətinin tərkibinə sədr, Mərkəzi Bankda daimi əsaslarla işləyən 4 üzv və 2 kənar üzv daxildir.

Avropa Şurasından Azərbaycana çağırış

  • 09 İyun 2023
  • comments

Məhkəmə-Hüquq Şurası: yenilik parlamentdən keçdi

  • 09 İyun 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda