
Türkiyə lirəsi yenə dəyər itirib. Novator.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankı iyunun 9-da 100 lirəni 7 manat 24 qəpiyə təklif edir. Ay 8 manat 19 qəpiklə start götürmüşdü.
100 lirə 2021-ci ilə 22 manat 91 qəpiklə başlayıb, ili 13 manat 29 qəpiklə yola salıb.
2022-ci il 9 manat 9 qəpiklə bitib.
2023-cü ilin siftə məzənnəsi 9 manat 7 qəpik olub.
Hazırda 1 ABŞ dolları 23,3 lirədən bahadır.