2023-2024 mövsümündə UEFA-nın klub turnirlərinə 234 komanda buraxılır. Novator.az bildirir ki, iyunun 9-dək onların 228-i bəllidir.
Çempionlar Liqasında 78, Avropa Liqasında 21, Konfrans Liqasında 135 komandanın start götürməsi nəzərdə tutulur.
Azərbaycanı turnirlərdə dörd komanda təmsil edəcək. Çempionlar Liqasına bilet alan “Qarabağ”ın birinci mərhələdəki potensial rəqibləri bunlardır: “Linkoln” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakov” (Polşa), “Partizani” (Albaniya), “Haken” (İsveç), “Farul” (Rumıniya), “Valmeyras” (Latviya), “Balkani” (Kosovo), “Larn” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Svift” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya).
Bir mümkün rəqib də ilkin mərhələnin komandaları arasında yer alır: “Buduçnost” (Monteneqro), “Breydablik” (İslandiya), “Tre Penne” (San Marino), “Atletik” (Andorra).
İkinci mərhələdə “Qarabağ”ın bəxtinə “Aris” (Kipr), üçüncü mərhələdə “Sparta” (Çexiya), AEK (Yunanıstan), dördüncü mərhələdə “Yanq Boyz” (İsveçrə) düşə bilər.
Konfrans Liqasındakı təmsilçilər – “Qəbələ”, “Sabah” və “Neftçi” turnirə ikinci mərhələdən qoşulur.
“Qəbələ” və “Sabah”ın Belçikadan “Brügge”, “Gent”, İsveçrədən “Bazel”, Türkiyədən “Fənərbaxça”, “Beşiktaş”, Rumıniyadan “Kluj”, “Styaua”, Yunanıstandan PAOK, “Aris”, İsraildən “Makkabi” (Tel-Əviv), “Hapoel” (Beer-Şeva), Çexiyadan “Viktoriya”, Norveçdən “Bode-Qlimt”, “Rusenborq”, Polşadan “Lex”, “Legiya”, İsveçdən “Yurqorden”, Kiprdən APOEL, AEK, “Omoniya”, Bolqarıstandan SSKA, Xorvatiyadan “Riyeka”, “Osiyek”, Portuqaliyadan “Gimarayeş”, Polşadan “Legiya”, Slovakiyadan “Spartak”, Finlandiyadan KuPS, Şotlandiyadan “Hibernian”la görüşməsi mümkündür.
“Neftçi”nin potensial rəqibləri bunlardır: “Petrokub” (Moldova), “Drita” (Kosovo), “Voyvodina” (Serbiya), “Lüsern” (İsveçrə), “Vorskla” (Ukrayna), “Bohemians” (Çexiya), “Orxus” (Danimarka), “Hammarbü”, “Kalmar” (İsveç), “Kauno Jalgiris” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq”, “Keçkemet”, “Debretsen” (Macarıstan), “Sepsi” (Rumıniya) , “Borats” (Bosniya), SSKA 1948 (Bolqarıstan), “Ordabası”, “Aktobe” (Qazaxıstan), “Selye” (Sloveniya), “Differdanj” (Lüksemburq), “Torpedo-BelAZ” (Belarus).
Sonrakı mərhələlərdə “Alkmaar” (Niderland), “Dinamo” (Ukrayna), “Partizan” (Serbiya), “Rapid” (Avstriya), “Aroka” (Portuqaliya), “Aston Villa” (İngiltərə), “Yuventus” (İtaliya), “Ayntraxt” (Frankfurt, Almaniya), “Lill” (Fransa) komandaları var.
Çempionlar Liqasının ilk iki mərhələsində ələnənlər Konfrans Liqasına, sonrakı üç mərhələsində ələnənlər və qruplarda üçüncü yeri tutanlar Avropa Liqasına, Avropa Liqasının hər iki mərhələsində ələnənlər və qruplarda üçüncü yeri tutanlar Konfrans Liqasına köçəcək.