Energetika Nazirliyinin 7 iyun məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 78,56 dollara satılır.
2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb, “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88, maya 79,04, iyuna 75,05 dollarla başlayıb.
Gündəlik xam neft hasilatı yanvarda 533 min barrel, fevralda 531 min barrel, martda 515 min barrel, apreldə 512 barrel göstərilib.
Beynəlxalq razılaşma gündəlik hasilat həddini 684 min barrel müəyyən edib. 2024-cü il üçün norma 551 min barreldir.