UEFA klub turnirlərinin 2023-2024 mövsümünə 234 komanda buraxır. Novator.az bildirir ki, 78 komandanın Çempionlar Liqasında, 21 komandanın Avropa Liqasında, 135 komandanın Konfrans Liqasında start götürməsi nəzərdə tutulur. Çempionlar Liqasının ilk iki təsnifat mərhələsində ələnənlər Konfrans Liqasına, sonrakı üç mərhələsində ələnənlər və qruplarda üçüncü yeri tutanlar Avropa Liqasına, Avropa Liqasının hər iki təsnifat mərhələsində ələnənlər və qruplarda üçüncü yeri tutanlar Konfrans Liqasına köçəcək.
Çempionlar Liqasına birinci mərhələdən başlayan Azərbaycan təmsilçisi “Qarabağ”ı bu komandaların biri gözləyir: “Linkoln” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakov” (Polşa), “Partizani” (Albaniya), “Haken” (İsveç), “Farul” (Rumıniya), “Valmeyras” (Latviya), “Balkani” (Kosovo), “Larn” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Svift” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya).
Daha bir potensial rəqib ilkin mərhələnin komandaları arasında yer alır: “Buduçnost” (Monteneqro), “Breydablik” (İslandiya), “Tre Penne” (San Marino), “Atletik” (Andorra).
İkinci mərhələdə “Qarabağ”ın bəxtinə “Aris” (Kipr), üçüncü mərhələdə “Sparta” (Çexiya), AEK (Yunanıstan), dördüncü mərhələdə “Yanq Boyz” (İsveçrə) düşə bilər.
Konfrans Liqasında Azərbaycanı “Qəbələ”, “Sabah” və “Neftçi” təmsil edir. Onlar mübarizəyə ikinci mərhələdən qoşulur.
“Qəbələ” və “Sabah”ın Belçikadan “Brügge”, “Gent”, İsveçrədən “Bazel”, Türkiyədən “Fənərbaxça”, “Beşiktaş”, Rumıniyadan “Kluj”, “Styaua”, Yunanıstandan PAOK, “Aris”, İsraildən “Makkabi” (Tel-Əviv), “Hapoel” (Beer-Şeva), Çexiyadan “Viktoriya”, Norveçdən “Bode-Qlimt”, “Rusenborq”, Polşadan “Lex”, “Legiya”, İsveçdən “Yurqorden”, Kiprdən APOEL, AEK, “Omoniya”, Xorvatiyadan “Riyeka”, “Osiyek”, Portuqaliyadan “Gimarayeş”, Slovakiyadan “Spartak”, Finlandiyadan KuPS, Şotlandiyadan “Hibernian”la görüşməsi mümkündür.
“Neftçi”nin potensial rəqibləri bunlardır: “Petrokub” (Moldova), “Voyvodina” (Serbiya), “Lüsern” (İsveçrə), “Vorskla” (Ukrayna), “Bohemians” (Çexiya), “Orxus” (Danimarka), “Hammarbü”, “Kalmar” (İsveç), “Kauno Jalgiris” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq”, “Keçkemet”, “Debretsen” (Macarıstan), “Sepsi” (Rumıniya) , “Borats” (Bosniya), “Ordabası”, “Aktobe” (Qazaxıstan), “Selye” (Sloveniya), “Differdanj” (Lüksemburq), “Torpedo-BelAZ” (Belarus).
Sonrakı mərhələlərdə “Alkmaar” (Niderland), “Dinamo” (Ukrayna), “Partizan” (Serbiya), “Rapid” (Avstriya), “Aroka” (Portuqaliya), “Aston Villa” (İngiltərə), “Yuventus” (İtaliya), “Ayntraxt” (Frankfurt, Almaniya), “Lill” (Fransa) komandaları var.