• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa Məhkəməsindən yeni cərimələr

  • 05 İyun 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə yeni qərarlar elan edib. Aihmaz.org xəbər verir ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun şikayətində qurumun ofisində axtarış aparılmasının, sənədlərin, kompüterlərin, başqa texniki avadanlıqların, möhür və ştampın götürülməsinin qanunsuz olduğu vurğulanmışdı.

Ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş şəxsi həyata hörmət hüququnun pozulduğu qənaətinə gələn məhkəmə dövlətin quruma 4500 avro təzminat ödəməsinə qərar verib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Emin Hüseynov rəhbərlik edir. 2014-cü ildə Emin Hüseynova qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.

Ayxan Axundov və Lətif Əhmədovun şikayətləri mülkiyyət məsələlərini əhatə edib.

Məhkəmə Ayxan Axundovun işində ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb, dövlətə 4950 avro cərimə kəsib.

Lətif Əhmədovun da ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu qənaətinə gələn məhkəmə dövlətin ona 4100 avro təzminat ödəməsi barədə qərar çıxarıb.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur. Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.

Həmin qiyam

  • 05 İyun 2023
  • comments

Pensiya statistikası niyə dolaşıqdır?

  • 05 İyun 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda