Yeni dönəm, yeni komanda
- 03 İyun 2023
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
Üçüncü dəfə Türkiyə prezidenti seçilmiş Rəcəb Teyyub Ərdoğan iyunun 3-də and içərək səlahiyyətlərinin icrasına başlayıb və kabinet üzvlərini təyin edib. Novator.az-ın məlumatına görə, vitse-prezident postuna Cevdət Yılmaz gətirilib, Hakan Fidan xarici işlər naziri, Yaşar Gülər milli müdafiə naziri, Yılmaz Tunc ədliyyə naziri, Əli Yerliqaya daxili işlər naziri, Mehmet Şimşək xəzinə və maliyyə naziri kürsüsünə sahib çıxıb.
Kabinetdə bu qurumlar da var: Sənaye və Texnologiya Nazirliyi, Kənd Təsərrüfatı və Meşə Nazirliyi, Ticarət Nazirliyi, Nəqliyyat və İnfrastruktur Nazirliyi, Enerji və Təbii Sərvətlər Nazirliyi, Milli Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Sosial Müdafiə Nazirliyi, Ailə və Sosial Xidmətlər Nazirliyi, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi, Gənclər və İdman Nazirliyi.
Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan mayın 28-də yenidən dövlət başçısı mandatı alıb. O, 2003-cü il martın 14-dən baş nazirlik edib, 2014-cü il avqustun 10-da və 2018-ci il iyunun 24-də prezident seçilib.
2018-ci ilin seçkisindən sonra prezident həm də hökumət başçısı sayılır.