Futbol üzrə Azərbaycan kubokunun 2022-2023 mövsümünün qalibi müəyyənləşib. İyunun 3-ü Bakıda keçirilən final oyununda “Neftçi”ni 1:0 hesabı ilə yenən “Qəbələ” turnirdən zəfərlə ayrılıb.
Novator.az bildirir ki, 1992-ci ildən başlayaraq “Qarabağ” 7, “Neftçi” 6, “Kəpəz” 4, “Bakı” və “Xəzər Lənkəran” 3, “Keşlə” (indiki “Şamaxı”) və “Qəbələ” 2, “İnşaatçı” (Bakı) və “Şəfa” 1 dəfə Azərbaycan kubokunu qazanıb.
2001-2002 mövsümü ölkənin futbol təsərrüfatında qarşıdurma, 2019-2020 mövsümü koronavirus pandemiyası üzündən yarımçıq qalıb, 2002-2003-cü illərdə yarış keçirilməyib.