• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Türkiyə yeni hökumət yolunda

  • 01 İyun 2023
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Türkiyənin Ali Seçki Qurumu prezident seçkisinin rəsmi nəticələrini iyunun 1-də açıqlayacaq.

Seçkinin ilk turu mayın 14-ü parlament seçkisi ilə birgə keçirilib, Xalq ittifaqının namizədi, dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğanla Millət ittifaqının namizədi, parlament üzvü, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu ikinci tura adlayıblar. Mayın 28-də keçirilmiş ikinci turda Rəcəb Teyyub Ərdoğan 52,18 faiz səslə üstün gəlib.

Nəticələrin təsdiqinin ardından andiçmə və kabinetin formalaşdırılması gəlir. Novator.az bildirir ki, kabinetə vitse-prezident və 17 nazir daxildir. Ölkədə bu nazirliklər var: Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xəzinə və Maliyyə Nazirliyi, Sənaye və Texnologiya Nazirliyi, Kənd Təsərrüfatı və Meşə Nazirliyi, Ticarət Nazirliyi, Nəqliyyat və İnfrastruktur Nazirliyi, Enerji və Təbii Sərvətlər Nazirliyi, Milli Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Sosial Müdafiə Nazirliyi, Ailə və Sosial Xidmətlər Nazirliyi, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi, Gənclər və İdman Nazirliyi.

1954-cü il fevralın 26-da doğulan Rəcəb Teyyub Ərdoğan İstanbuldakı Mərmərə Universitetində iqtisadiyyat və ticarət üzrə ali təhsil alıb.

Siyasətə 1976-cı ildə qoşulub. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub. 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.

2001-ci ildə Ədalət və İnkişaf Partiyasını yaradıb. 2003-cü il martın 14-dən baş nazirlik edib, 2014-cü il avqustun 10-da, 2018-ci il iyunun 24-də prezident seçilib.

2018-ci ilin seçkisindən sonra prezident həm də hökumət başçısı sayılır.

Mayın 14-də keçirilmiş parlament seçkisində Xalq ittifaqından Ədalət və İnkişaf Partiyası 600 nəfərlik Türkiyə Böyük Millət Məclisində 268 mandata (Demokratik Sol və Hür Dava partiyaları ilə birgə) sahib çıxıb, Milliyyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5 yer götürüb.

Millət ittifaqında Cümhuriyyət Xalq Partiyası 169 mandat (Demokratiya və Sıçrayış, Gələcək, Səadət, Demokrat, Türkiyə İslahat partiyaları, Yaxşı Partiya ilə birgə), Yaxşı Partiya 43 mandat alıb.

Əmək və Azadlıq ittifaqından Yaşıllar və Sol Gələcək Partiyası 61 mandat (Xalqların Demokratik və Əmək partiyaları ilə birgə), Türkiyə Fəhlə Partiyası 4 mandat əldə edib.

60 aktiv xəstə var

  • 01 İyun 2023
  • comments

Rus varidatını necə müsadirə etmək? – “Bloom...

  • 01 İyun 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda