Novator.az rəsmi məzənnələrin 2023-cü ilin yanvar-may aylarında necə dəyişməsinə nəzər salıb.
Avronun yuxarı kursu yanvarda 1,8553, fevralda 1,8735, martda 1,8534, apreldə 1,8818, mayda 1,8837 manat olub.
Gürcüstan larisinin qiyməti yanvarda 0,6442, fevralda 0,6481, martda 0,6654, apreldə 0,6805, mayda 0,6856 manatı ötməyib.
Rusiya rublunun maksimum həddi yanvarda 0,0250, fevralda 0,0244, martda 0,0227, apreldə 0,0219, mayda 0,0223 manat göstərilib.
Türkiyə lirəsində zirvə yanvarda 0,0908, fevralda 0,0904, martda 0,0902, apreldə 0,0886, mayda 0,0874 manat olub.
2015-ci ilin devalvasiyalarında ABŞ dollarının rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib. 2016-cı ili 1,7707 manat, 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən 1,7 manata təklif olunur.
Manat valyuta hərraclarında qorunur. Rəsmi hesabata görə, Dövlət Neft Fondu Mərkəzi Bankın 2023-cü ilin yanvar-aprel aylarında keçirdiyi hərraclarda 1 milyard 215 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 188,5 milyon dollar, fevralda 356,6 milyon dollar, martda 383,9 milyon dollar, apreldə 286 milyon dollar alınıb.
Analoji həcm 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard dollar göstərilib.