2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi açıqlanıb. Novator.az bildirir ki, yenilənmiş büdcədə 33 milyard 779,5 milyon manat gəlir, 36 milyard 568,8 milyon manat xərc nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə 14 milyard 932 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 5 milyard 728 milyon manat gəlir, Dövlət Neft Fondundan 11 milyard 737,7 milyon manat köçürmə, büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 801 milyon manat daxilolma, başqa mənbələrdən 580,8 milyon manat götürmək nəzərdə tutulur.
Xərc istiqamətləri belə sıralanır:
iqtisadi fəaliyyət – 9 milyard 402,8 milyon manat;
müdafiə və milli təhlükəsizlik – 6 milyard 54,8 milyon manat;
təhsil – 4 milyard 407,1 milyon manat;
sosial müdafiə və sosial təminat – 4 milyard 315,9 milyon manat;
ümumi dövlət xidmətləri – 4 milyard 124,4 milyon manat;
məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 2 milyard 831,7 milyon manat;
səhiyyə – 1 milyard 803,9 milyon manat;
kənd təsərrüfatı – 1 milyard 202,1 milyon manat;
mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 550,8 milyon manat;
ətraf mühitin mühafizəsi – 371,4 milyon manat;
mənzil və kommunal təsərrüfatı – 347,9 milyon manat;
əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 155,3 milyon manat.
Yenilənmiş büdcədə bir barrel neft 60 dollardan götürülür (hazırda 50 dollardır).