Prezident İlham Əliyev mayın 27-də Kəlbəcər və Laçın rayonlarına səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Kəlbəcərin Yanşaq və Zallar kəndlərinin təməllərini qoyub, rayonda “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyalarının açılışına qatılıb, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub, Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib, Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməlini qoyub, 960 şagird yerlik məktəb binasının təməl mərasimində iştirak edib.
Laçın rayonunda dövlət başçısı “Qorçu” yarımstansiyasının açılışında iştirak edib, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin təməl mərasimlərinə qatılıb, Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub, “Laçın” şəhər yarımstansiyasının açılışında iştirak edib, Zabux kəndinə baş çəkib.