Mayın 26-da Mərkəzi Seçki Komissiyası seçicilərin sayını açıqlayıb. Rəsmi hesabata görə, siyahıya 6 milyon 334 min 178 nəfər daxil edilib.
Novator.az bildirir ki, bir il ərzində seçicilərin sayı 67 min 777 nəfər azalıb. 2022-ci il mayın 27-nə 6 milyon 401 min 955 nəfər seçici vardı.
1991-ci ildə dövlət müstəqilliyinin bərpası elan olunandan bəri Azərbaycanda 6 referendum (1-i dövlət müstəqilliyi haqda konstitusiya aktının təsdiqi, 1-i prezidentə etimad məsələsi, 1-i konstitusiyanın qəbulu, 3-ü konstitusiyaya əlavə və dəyişikliklər barədə), 19 seçki (8 prezident seçkisi, 6 parlament seçkisi, 5 bələdiyyə seçkiləri) keçirilib.