2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda problemli kreditlər 1,9 milyon manat azalıb. Novator.az bildirir ki, il 593,7 milyon manatla başlayıb, fevralın 1-nə vaxtı keçmiş kreditlər 583,8 milyon manat, martın 1-nə 606,1 milyon manat, aprelin 1-nə 590,5 milyon manat, mayın 1-nə 591,8 milyon manat məbləğində olub.
Mərkəzi Bank 2015-ci ilin əvvəlində problemli kreditləri 976,3 milyon manat məbləğində göstərib.
2015-ci ilin devalvasiyaları problemli kreditlərin artımına rəvac verib. 2016-cı ilin əvvəlində 1 milyard 508,5 milyon manat, 2017-ci ilin əvvəlində 1 milyard 472,6 milyon manat, 2018-ci ilin əvvəlində 1 milyard 626,7 milyon manat, 2019-cu ilin əvvəlində 1 milyard 585 milyon manat məbləğində problemli kredit rəsmiləşib.
2019-cu ildə fiziki şəxslər 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə devalvasiya kompensasiyaları alıb.
2020-ci ilin əvvəlində ödəniş vaxtı keçmiş kreditlərin 1 milyard 273,1 milyon manat, 2021-ci ilin əvvəlində 893,1 milyon manat, 2022-ci ilin əvvəlində 719,4 milyon manat məbləğində olduğu açıqlanıb.