Yunanıstanda müvəqqəti hökumət qurulur, ölkə yenidən parlament seçkisinə gedir.
2019-cu il iyulun 8-dən Yunanıstana Yeni Demokratiya Partiyasının lideri Kiriakos Mitsotakis baş nazirlik edib. 2023-cü il mayın 21-də keçirilmiş parlament seçkisində Yeni Demokratiya Partiyası 300 yerlik qanunverici orqana 146 mandat alıb, SİRİZA Partiyası 71, PASOK-KİNAL Hərəkatı 41, Kommunist Partiyası 26, Yunan Qərarı Hərəkatı 16 mandat götürüb.
Hökumət qurmaq üçün 151 mandat gərəkdir. Novator.az-ın məlumatına görə, koalisiya danışıqları uğursuz olduğu üçün iyunun 25-nə yeni parlament seçkisi təyin edilib.
Mayın 24-də prezident Yekaterina Sakellaropulu Hesablama Palatasının sədri İoannis Sarmasa müvəqqəti hökumət qurmağı tapşırıb.