“Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı keçmiş SSRİ məkanı və Şərqi Avropa ölkələrini əhatə edən demokratiya hesabatı yayıb. Novator.az-ın məlumatına görə, 29 ölkənin 6-sı demokratik ölkələr qrupunda yer alır: Estoniya, Latviya, Litva, Slovakiya, Çexiya, Sloveniya.
4 ölkə qismən demokratik ölkələr kimi göstərilir: Polşa, Rumıniya, Bolqarıstan, Xorvatiya.
11 ölkə hibrid rejimlər (yarı avtoritar, yarı demokratik) sırasındadır: Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Macarıstan, Serbiya, Monteneqro, Kosovo, Şimali Makedoniya, Albaniya, Bosniya və Herseqovina.
8 ölkə avtoritar ölkələr siyahısında gedir: Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Belarus.
“Freedom House” təşkilatının mərkəzi qərargahı ABŞ-da yerləşir.
Mənbə: Freedomhouse.org