• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Oğan Ərdoğanı seçdi

  • 23 May 2023
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Türkiyədə mayın 14-ü parlament seçkisi ilə birgə keçirilmiş prezident seçkisində namizəd olmuş müstəqil siyasətçi Sinan Oğan dövlət başçısı Rəcəb Teyyub Ərdoğana dəstək bəyanatı verib.

Zəfər, Ədalət, Ölkəm, Türkiyə İttifaqı partiyalarını birləşdirən Ata ittifaqının namizəd göstərdiyi Sinan Oğan seçkinin ilk turunda 5,17 faiz səs toplayıb. Rəsmi nəticələrə görə, Xalq ittifaqının namizədi, dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan 49,52 faiz, Millət ittifaqının namizədi, parlament üzvü, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu 44,88 faizlə ikinci tura çıxıblar.

Liderlik etdiyi Məmləkət Partiyasının namizədi, mayın 11-də yarışdan çəkilmiş Məhərrəm İncə 0,43 faiz səslə kifayətlənib.

Mayın 22-də jurnalistlərə danışan Sinan Oğan tərəfdarlarını ikinci turda Rəcəb Teyyub Ərdoğana səs verməyə çağırıb. Ata ittifaqında yer alan Ədalət Partiyasının mayın 21-də Kamal Kılıçdaroğlunun tərəfini tutduğu nəzərə alınsa, qurumun fəaliyyəti başa çatmış sayılır.

İkinci tur mayın 28-nə təyin olunub.

1967-ci il iyulun 1-də doğulan Sinan Oğan Azərbaycan türküdür. İqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Milliyyətçi Hərəkat Partiyasının üzvü, millət vəkili (2011-2015-ci illər) olub.

Sinan Oğan mayın 16-da açıqlama yayaraq ikinci turda yarışacaq namizədlərə dəstək üçün bəzi şərtlər qoymuş, o cümlədən Xalqların Demokratik və Hür Dava partiyalarının hökumətdə hər hansı şəkildə təmsil olunmamasını istəmişdi.

Xalqların Demokratik və Hür Dava partiyaları kürdlərə bağlı qurumlardır. Türkiyədə çoxluq hər iki partiyanı ölkəni parçalamaq istəyən separatçı qüvvələrin siyasi qanadı sayır.

Kamal Kılıçdaroğlu prezident seçkisində Xalqların Demokratik Partiyasından müəyyən dəstək alıb.

Hür Dava Partiyası Rəcəb Teyyub Ərdoğanın tərəfini tutub.

Millətçilərin bir qismi Xalqların Demokratik və Hür Dava partiyalarına görə həm Rəcəb Teyyub Ərdoğandan, həm də Kamal Kılıçdaroğludan üz döndərib, ilk turda Sinan Oğana səs verib.

Mayın 19-da Rəcəb Teyyub Ərdoğan Sinan Oğanla görüşərək danışıqlar aparıb, ancaq detallar açıqlanmayıb.

1954-cü il fevralın 26-da doğulan Rəcəb Teyyub Ərdoğan iqtisadiyyat və ticarət üzrə ali təhsil alıb.

1976-cı ildən siyasətlə məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub, 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.

Ədalət və İnkişaf Partiyasını 2001-ci ildə yaradan Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazir olub, 2014-cü ildə prezident seçilib. 2017-ci ildə Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub, 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alaraq həm də hökumət başçısı səlahiyyətlərinə yiyələnib.

1948-ci il dekabrın 17-də doğulan Kamal Kılıçdaroğlu iqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Maliyyə Nazirliyində, Gəlirlər Baş İdarəsində, Əmək və Sosial Müdafiə Nazirliyində məsul vəzifələr tutub, Sosial Sığortalar Qurumuna başçılıq edib.

2002-ci ildən parlamentin üzvüdür.

Cümhuriyyət Xalq Partiyasına 2010-cu ildən sədrlik edir.

Türkiyə seçkilərinin ilkin nəticələri

Ərdoğana ilkin təbrik

İkinci tur havası

Türkiyə seçkilərinin əsas dərsi

Tamam və davam

Ərdoğanlı seçkilər

Türkiyə parlamentində qadın rekordu

Sinan Oğanın ikinci tur şərtləri

Türkiyə: yeni parlamentə 16 partiya düşür

Ali Seçki Qurumu birinci tura nöqtə qoydu

GünAzTV-nin hədəfləri

  • 22 May 2023
  • comments

Deputatın partiyası ləğv olundu

  • 23 May 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda