Mayın 23-də sərəncam imzalayan prezident İlham Əliyev Elmira Hüseyn qızı Axundovanı Azərbaycanın Ukraynada səfiri, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıb.
Başqa sərəncamlarla Seymur Qurban oğlu Mərdəliyev Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndənin müavini vəzifəsindən geri çağırılaraq Ukraynaya səfir göndərilib.
Dövlət başçısı həmçinin Sultan Ağami oğlu Hacıyevi Keniyada səfir postuna təyin edib. Sultan Hacıyev eyni zamanda BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndə postuna təyinat alıb.